Mançester Arena partlayışdan sonra: fotolar

Mançester Arena-nın foyesindəki partlayış bazar ertəsi minlərlə insanın iştirak etdiyi ABŞ-dan olan müğənni Ariana Grande-nin konsertinin ardınca baş verib.

Şəklin mənbəyi, @Zach_bruce/PA

Şəklin alt yazısı, Partlayış səsini eşidən yüzlərlə insan konsert zalının çıxışına doğru qaçıb, amma bir çoxları baş verənləri mobil telefonla çəkməyə başlayıb.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Polis tezliklə konsert zalına bitişik ərazini mühasirəyə alıb və şəhər sakinlərinə Mançester Arena-dan uzaq durmağı məsləhət görüb.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Ariana Grande-nin konsertinə əsasən gənclər toplaşıb.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Onların arasında yeniyetmələr də az olmayıb.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Konserti məktəblilər də izləyib.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Zaldan çıxarkən çoxları ilk olaraq yaxınlarına zəng vuraraq baş verənləri nəql edib.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Yaxınlıqda yerləşən Viktoriya vağzalı təxliyə olunub.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Bir çox zərərçəkmişə yerindəcə tibbi yardım göstərilib, amma daha ağır xəsarət almış 59 nəfər Mançesterin müxtəlif bölgələrində yerləşən 6 xəstəxanaya aparılıb.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Partlayış nəticəsində azı 22 nəfər həlak olub

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Hadisə yerinə partlayıcı maddəni zərərsizləşdirmək üzrə mütəxəssislər gəlib. Onlar şübhəli əşyanın nəzarət altında partlayışını həyata keçiriblər. Lakin sonradan bu əşyanın partlayıcı qurğu olmadığını deyiblər.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Polis hadisənin təfərrüatlarını öyrənmək üçün tamaşaçıları sorğulayıb.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Britaniyada polislər adətən silah gəzdirmirlər, amma terror aktı ehtimallarından sonra hadisə yerinə silahlı polis dəstələri gəlib.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Hadisənin terror aktı olması barədə ehtimallar hələ də qüvvədədir. Hələlik polisdə hadisənin başqa variantlar nəticəsində baş verməsindən şübhənməsi üçün əsas yoxdur.