Şimali Koreya "ABŞ vətəndaşı Kim Hak-song-u həbs edib"

Şəklin mənbəyi, PUST

Şəklin alt yazısı, Məlumata görə, Kim Hak-song Pxenyan Elm və Texnologiya Universitetində işləyirdi

Şimali Koreya deyir ki, dövlətə qarşı "düşmən aktlarında" şübhəli bilinən ABŞ vətəndaşını tutub.

Pxenyan Elm və Texnologiya Universitetində (PUST) işləyən Kim Hak-song mayın 6-da saxlanılıb, KCNA dövlət agentliyi xəbər verir.

Hazırda daha üç nəfər ABŞ vətəndaşı, o cüməldən PUST-da dərs verən Kim Sang-duck, Şimali Koreyada saxlanılır.

Keçmişdə ABŞ deyib ki, Şimali Koreya Amerika vətəndaşlarını həbs edərək girov edir.

KCNA agentliyinə əsasən Kim Hak-song-un iddia olunan cinayətləri "müvafiq orqanlar" tərəfindən "ətraflı araşdırılır".

Bundan başqa detallar açıqlanmayıb.

PUST-da əsasən Şimali Koreya elitasının uşaqları oxuyur.

Bu universitet 2010-cu ildə, koreyalı-amerikalı xristian iş adamı tərəfindən təsis olunub. Onu əsasən ABŞ və Cənubi Koreyada yerləşən xristian xeyriyyə təşkilatları maliyyələşdirir.

Deyilənə görə, universitetdə bir sıra xarici müəllim dərs deyir.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Daha bir ABŞ vətəndaşı Kim Dong-chul ötən il 10 illik ağır əmək cəzası almışdı

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Tələbə Otto Warmbier 2016-cı ilin yanvar ayında Şimali Koreyada həbs olunmuşdu