Kraliça II Elizabeth-in həyatı - Şəkillərdə

Kraliça II Elizabeth-in həyatı - Şəkillərdə

Şəklin mənbəyi, Rex Features

Şəklin alt yazısı, Kraliça II Elizabeth 96 yaşında vəfat edib

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Elizabeth 1926-cı il, aprelin 21-də Londonda anadan olmuşdu. O, York hersoqu Albertin və onun zövcəsi Elizabeth Bowes-Lion-un ilk övladı idi.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Elizabeth və onun kiçik bacısı Margaret evdə təhsil almışdılar.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, 1936-cı ildə kral VIII Edward taxt-tacdan əl çəkdikdən sonra, onun atası VI George kral olmuş və Elizabeth isə vəliəhd şahzadə titulunu qazanmışdı.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, İkinci Dünya Müharibəsi illərində Elizabeth (sağda) və bacısı Margaret Vindzora evakuasiya edilmişdilər. Bu fotoda onlar BBC-nin “Uşaq saatı” radio proqramında iştirak edirlər.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, 1947-ci ildə şahzadə Elizabeth uzaq qohumu Philip Mountbatten-ə (o vaxtlar o, yunan və holland şahzadəsi titulunu daşıyırdı) ərə getmişdi. Bu nikahın ardınca Philip-ə Edinburq hersoqu titulu verilmişdi.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Elizabeth-in atası kral VI George 1952-ci ilin 6 fevralında vəfat edərkən Elizabeth və Philip Keniyada idilər. Elizabeth dərhal İngiltərəyə qayıtmış və 1953-cü ildə Vestminister abbatlığında başına tac qoyulmuşdu.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Kraliça II Elizabeth ingilislər 1966-cı il Dünya Çempionatının finalında Qərbi Almaniyaya 4-2 hesabı ilə qalib gəldikdən sonra Dünya kubokunu İngiltərə futbol yığmasının kapitanı Bobby Moore-a təqdim edir. Bu oyun Londonun Wembley stadionunda keçirilmişdi.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Kraliçanın dörd övladı var. Bu fotoşəkildə kraliça və əri uşaqları ilə birlikdə Vindzordakı Frogmore özəl bağında gəzintidədirlər. Şəkildə, soldan sağa: Edinburq hersoqu, şahzadə Edward, kraliça II Elizabeth, şahzadə Andrew, şahzadə Anna və şahzadə Charles. Foto 1968-ci ildə çəkilib.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, 1969-u ilin iyulunda kraliça Uels şahzadəsi titulunu almış Charles-ı Karnarvaron şəhərində uelslilərə təqdim etmişdi.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, 1977-ci ildə ölkə kraliçanın gümüş yubileyini keçirmişdi. Britaniyalılar küçələrdə stol açır, qonaqlıq verirdilər. Şəkildə: İkiyaşlı Tracy Selby kraliçaya gül dəstəsi bağışladıqdan sonra utandığından qaçıb gedir.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, 1969-cu ildə Kral ailəsi sənədli filmi ilk dəfə yayımlandı. O, tamaşaçılara Kraliçanın və onun ailəsinin şəxsi və ictimai həyatında bir ilin görünməmiş mənzərəsini təqdim etdi

Şəklin mənbəyi, PA Media

Şəklin alt yazısı, 1977-ci ildə Kraliça taxtda olmasının 25 -ci ildönümündə 10 həftə ərzində 36 ölkədə olub, o cümlədən Avonda insanların yayın dadını necə çıxarmasını müşahidə edib

Şəklin mənbəyi, PA Media

Şəklin alt yazısı, İldən-ilə Kraliçanın ictimai vəzifələri davam edirdi. Əlahəzrət və Edinburq hersoqu Yeni Zelandiya Kral Polineziya Festivalının açılışında Yeni Zelandiya Maorisi tərəfindən qarşılanır

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Kraliça və Edinburq hersoqu çoxsaylı xarici səfərlərdən biri zamanı. Bu şəkil 1986-cı ildə Böyük Çin Səddi yaxınlığında çəkilib.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, 1981-ci ildə kraliçanın böyük oğlu Charles ledi Diana Spencer-lə evlənmişdi. Charles və Diananın William və Harry adlı iki oğlu olmuşdu. Lakin sonradan Charles və Diana boşanmışdılar. Diana 1997-cil ilin avqustunda Parisdə avtomobil qəzasında həlak olmuşdu.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, 1992-ci ili kraliça II Elizabeth özünün annus horribilus-u (dəhşətli ili) adlandırmışdı. Həmin il kraliçanın iki övladının ailələri dağılmış, Vindzor qəsrində yanğın baş vermişdi.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Diananın ölümü sarayla ictimaiyyət arasında münasibətlərin korlanmasına səbəb olmuşdu. Kraliçanı bütün ölkəni bürümüş hüzndən kənarda qalmaqda ittiham edirdilər.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, 2002-ci ildə kraliçanın anasının vəfatı, bundan az əvvəl şahzadə Margaretin dünyasını dəyişməsi kraliçaya el hüsn-rəğbəti və toxtaqlıq dalğası yaratmışdı.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, 2005-ci ildə kraliçanın böyük oğlu ikinci dəfə evlənmişdi. Charles və Camilla Parker-Bowles-un vətəndaş nikahı Vindzordakı Gildholda qeydə alınmışdı. Nikahın qeydiyyatından sonra təzə ər-arvad Vindzor qəsrindəki müqəddəs George kilsəsinə baş çəkmişdilər.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, 80 illik yubileyinə həsr edilmiş mərasimdəki çıxışında kraliça Amerika məzhəkəçisi Groucho Marx-dan qocalığa dair iqtibas gətirmişdi: “Hamı qocala bilər. Bunun üçün, sadəcə olaraq, lap çox yaşamaq lazımdır”. Bundan bir il sonra kraliça Edinburq hersoqu ilə evliliyinin 60-cı ildönümünü qeyd etmişdi.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Kraliçanın ahıl yaşlarında qatıldığı ən sevincli mərasimlərdən biri də 2011-ci ildə onun nəvəsi William-la Kate Middleton-un toy məclisi olmuşdu. Vestminister abbatlığında kəbinləri kəsildikdən sonra gənclər Buckingham sarayının balkonuna çıxaraq onları gözləyən kütləni salamlamışdılar.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, 2011-ci ildə kraliça İrlandiya Respublikasına səfər etmiş ilk Britaniya monarxı olmuşdu. O, Dublinin Yaddaş bağında əklil qoymuşdu. Bu, onun İrlandiya səfərində ən ziddiyyətli məqam idi. Yaddaş bağı adını bu parka qazandıran burada İrlandiyanın azadlığı uğrunda həlak olmuş insanlara qoyulmuş abidənin olmasıdır. Bu, əslində Britaniya ağalığından qoparılmış azadlıq idi.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, 2012-ci ildə kraliça özünün brilyant yubileyini qeyd etmişdi. Bayram şənliyinin proqramına həm də kraliçanın kiçik gəmidə Temza çayı boyunca gəzintisi daxil idi. Bu tədbirə hətta yağış da mane ola bilməmişdi.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Elə həmin il Londonda Olimpiya və Paralimpiya oyunları keçirilmiş, hadisə Britaniya paytaxtında böyük idman bayramına çevrilmişdi. Mərasimin ssenarisinə görə kraliça rəsmi açılışdan əvvəl James Bond-la birlikdə helikopterdən arenaya tullanmalıydı. Onun rolunu əlbəttə ki, dublyor oynamalıydı.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Kraliça 2013-cü ildə Vestminister abbatlığına toplaşmış 2 min fəxri qonaqla öz hökmranlığının 60 illiyini qeyd etmişdi.

Şəklin mənbəyi, Tim Ireland/pa

Şəklin alt yazısı, Kraliçanın birinci atı Royal Ascot cıdırında qalib gələndən 60 il sonra, onun Estimate adlı başqa bir atı 207-ci Qızıl kuboku qazanmış və əlbəttə, əlahəzrəti və onun cıdır üzrə meneceri John Warren-i hədsiz sevindirmişdi.