Azərbaycan gələn il də müdafiə xərclərini artırmaq niyyətindədir

Şəklin mənbəyi, prezident.az
2012-ci ilin dövlət büdcəsində müdafiə xərcləri dövlət büdcəsinin xərclərinin 14,8 faizini təşkil edəcək.
Bu isə 2011-ci ildə müdafiə xərclərindən 1,9 faiz çoxdur. Bu barədə 2012-ci il dövlət büdcəsinin təqdimat sənədində bildirilir.
Turan agentliyinin məlumatına görə, 2012-ci il dövlət büdcəsinin müdafiə və təhlükəsizlik bölməsində Silahlı Qüvvələrə və təhlükəsizlik tədbirlərinə 1 mlrd. 381 mln. 347 min manat (1 milyard 770 milyon dollar) vəsait ayrılması nəzərdə tutulub.
Azərbaycan 2011-ci ilin dövlət büdcəsindən müdafiə sahəsinə 1 mlrd. 325 mln. 61 min manat (1 mlrd. 656 mln. 326 min ABŞ dolları) vəsait ayırıb.
Bununla yanaşı, müdafiə potensialını gücləndirmək məqsədi ilə dövlət büdcəsindəki 2012-ci ilin əsaslı xərclərində xüsusi müdafiə və hərbi təyinatlı layihələr və tədbirlər üzrə 1.669.8 mln. manat nəzərdə tutulub.




















