Atəş altında həyat: pulsuz çörək, dağıntı və yas - şəkillərdə

Sentyabrın 27-də Azərbaycanla Ermənistan arasında alovlanan hərbi naqişə davam etməkdədir. Oktyabrın 10-da müvəqqəti atəşkəs rejimi qüvvəyə minib. Lakin bölgədə hələ də atəş səsləri eşidilir, tərəflər bir-birlərini mülki hədəfləri vurmaqda ittiham edirlər. BBC News Azərbaycanca qarşıdurma şəraitində yaşayan dinc əhalinin həyatına nəzər salıb.

Şəklin mənbəyi, AA/Getty images

Şəklin alt yazısı, Gəncə şəhərinə raket zərbəsindən sonra yas tutan qadınlar. Oktyabrın 11-də Gəncə şəhərinə atılan raketlərdən biri çoxmənzilli yaşayış evinə düşüb, 10 nəfər həlak olub, 35 nəfər yaralanıb.

Şəklin mənbəyi, AA/Getty Images

Şəklin alt yazısı, Zahid Əliyev Gəncəyə həmlə nəticəsində ölən 28 yaşlı qızı, Günayın qəbri üstündə. Onun qızı eyni hücumda həyatını itirən əri və qayınanasının yanında dəfn olunub

Şəklin mənbəyi, AFP/Getty Images

Şəklin alt yazısı, Dağlıq Qarabağ uğrunda davam edən hərbi münaqişə ilə bağlı 73 yaşlı Şura Qriqoryan və onun 66 yaşlı xanımı Vera Xankəndini (Stepanakerti) tərk edərək Yerevana gəliblər. Onlar qaçqınlara dəstək mərkəzində qalırlar

Şəklin mənbəyi, AFP/Getty Images

Şəklin alt yazısı, Xankəndini tərk edərək Yerevandakı qaçqınlar mərkəzinə gələnlər arasında 85 yaşlı Roza Araqelyan da var

Şəklin mənbəyi, TASS/Getty Images

Şəklin alt yazısı, Xankəndi sakini silahlı qarşıdurmada ölən şəxsin məzarına baş çəkir

Şəklin mənbəyi, TASS/Getty Images

Şəklin alt yazısı, Xankəndində məzarlığa gələn bu qadının şəkli 12 oktyabrda şəkilib

Şəklin mənbəyi, AFP/Getty images

Şəklin alt yazısı, Sabiq polis əməkdaşı, 73 yaşlı Genadi Avanesyan Xankəndi şəhərindəki evinin dağıntıları altında əşyaları axtarır

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Əsgəran qəsəbəsində çörək sexininin işçisi. Burada hazırlanan çörək dəstək əlaməti olaraq, hərbçilərə və yerli sakinlərə pulsuz paylanılır.

Şəklin mənbəyi, AFP/Getty Images

Şəklin alt yazısı, Tərtərdə mərmilərdən qorunan yerli sakinlər atəş vaxtı zirzəmilərə üz tutur

Şəklin mənbəyi, AFP/Getty Images

Şəklin alt yazısı, Tərtərdə atəş vaxtı zirzəmiyə sığınan qadınlar

Şəklin mənbəyi, AFP/Getty Images

Şəklin alt yazısı, 63 yaşlı keşiş Arthur Sahakyan, Şuşa şəhərində, bomba ilə vurulmuş Qazançetsots (Müqəddəs Xilaskar) kilsənin daxilində dua edir.

Şəklin mənbəyi, Getty images

Şəklin alt yazısı, Əsgərandakı zirzəmi qarşısında duran Tamara "onsuz da iki müharibədə" iştirak etdiyini və "yenidən döyüşməyə" hazır olduğunu deyir.

Şəklin mənbəyi, Getty images

Şəklin alt yazısı, Dağlıq Qarabağdakı Qırmızı Bazar (Karmir Şuka) kəndinin sakini, zirzəminin girişində duraraq, göydə pilotsuz təyyarələrin olub-olmamasını yoxlayır.

Şəklin mənbəyi, AFP/Getty

Şəklin alt yazısı, Davam edən döyüşlərə görə Tərtəri tərk edən 80 yaşlı qaçqın Fatma Süleymanova, Bərdədəki orta məktəbin həyətində təzəcə yuyulmuş paltarları asır

Şəklin mənbəyi, AFP/Getty Images

Şəklin alt yazısı, Xankəndi yaxınlığındakı xəstəxananın girişində yaralı əsgərlərin qanlı paltarları yanında duran feldşer

Şəklin mənbəyi, AFP/Getty Images

Şəklin alt yazısı, Azərbaycan Ağdam rayonunun Baharlı qəsəbəsində fərdi yaşayış evlərinə mərmi düşməsi nəticəsində iki nəfərin xəsarət aldığını bildirib.

Şəklin mənbəyi, Getty images

Şəklin alt yazısı, Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərinin qəbiristanlığına hücumu nəticəsində yaralanan mülki şəxslərin sayı 5-ə çatıb, 3 mülki şəxs həlak olub, Oktyabrın 15-də Azərbaycanın yaydığı rəsmi məlumatda deyilir. Atəş vaxtı zirzəmiyə sığınan yerli sakinin bu görüntüsü 14 oktyabrda çəkilib

Şəklin mənbəyi, AA/Getty Images

Şəklin alt yazısı, Azərbaycanın Baş Prokurorluğu bildirir ki, bu gün saat 13 radələrində Tərtər şəhər qəbiristanlığında dəfn mərasimi keçirilərkən ərazi "qəsdən ağır artilleriyadan intensiv atəşə tutulub"

Şəklin mənbəyi, TASS/Getty Images

Şəklin alt yazısı, Tərtər sakini hücumdan sonra mərmiylə zədələnmiş evinin tavanını göstərir

Şəklin mənbəyi, TASS/Getty Images

Şəklin alt yazısı, Tərtər rayonu 13 oktyabr. Mərmi hücumundan zərər dəymiş evin görüntüsü