DTX prezident ailəsini şantaj etdiyi deyilən şəxsi saxlayıb

Videonun alt yazısı, DTX prezident ailəsini şantaj etdiyi deyilən şəxsi saxlayıb
DTX prezident ailəsini şantaj etdiyi deyilən şəxsi saxlayıb

Dövlət Təhlükəsizlik Xidməti Azərbaycan Prezidentinin ailəsini şantaj etdiyi deyilən şəxsi saxlayıb. Bu barədə Azərbaycanda yerli televiziya kanalları məlumat yayıb.

Məlumatda deyilir ki, Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılmış şəxs sosial media vasitəsilə Azərbaycanın yüksək vəzifəli şəxsləri ilə əlaqə saxlamağa çalışıb.

Məlumatda o da deyilir ki, xarici ölkədə olan bu şəxs həmin adamları Azərbaycan Prezidentinin gəlini Alena Əliyevaya məxsus olmasını iddia etdiyi kadrlarla şantaj edib.

O, bu görüntüləri yaymamağının müqabilində beş milyon avro tələb edib, yayılan məlumatda belə deyilir.

Məlumatda həmin materialların saxta olduğu bildirilir.

Bundan sonra Dövlət Təhlükəszilik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həmin şəxsin saxlanıldığı bildirirlir.

Azərbaycanda hökumətyünlü media Alena Əliyevaya qarşı kampaniya getdiyini bildirir.