You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Arayik Harutyunyan ömürlük azadlıqdan məhrum edilib
Arayik Harutyunyan ömürlük azadlıqdan məhrum edilib
Fevralın 5-də Bakı Hərbi Məhkəməsində tanınmayan keçmiş Dağlıq Qarabağ Respublikasının separatçılarına hökm oxunub.
Məhkəmənin qərarı ilə separatçıların keçmiş lideri Arayik Harutyunyan, keçmiş müdafiə naziri Levon Mnatsakanyan da daxil olmaqla 5 nəfər ömürlük azadlıqdan məhrum edilib, digər 10 nəfər barəsində isə 15-20 illik həbs qərarı verilib.